Əsas Səhifə > Manşet / Ölkə > AzəriQaz vətəndaşı YÜKLƏYİR... MƏHKƏMƏ İSƏ...
AzəriQaz vətəndaşı YÜKLƏYİR... MƏHKƏMƏ İSƏ...Bu gün, 11:49 |
|
Vətəndaş ona əsassız borc yazıldığını iddia dərək “Azəriqaz” İB-ni məhkəməyə verib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, iddiaçı tələbini onunla əsaslandırıb ki, “Azəriqaz” əməkdaşları tərəfindən yaşadığı evə quraşdırılmış G-4, 1702AZ130117030864 zavod nömrəli qaz sayğacı sökülüb və yerinə “ZENNER G4T SMART” markalı yeni sayğac quraşdırılıb. Bununla bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0390260 akt tərtib edilib. Sayğac zavod müayinəsinə göndərilib və müayinə zamanı cihazın qapağının zədələnməsi müəyyən edilib. Bundan sonra 3110,40 manat borc qeydə alınaraq sayğac yararsız hesab olunub. Vətəndaş sayğaca onun tərəfindən hər hansı müdaxilə edilmədiyini, sayğacın evin içində yox, küçədə quraşdırıldığını, indiyə kimi təbii qazdan qanunauyğun istifadə etdiyini və sayğaca müdaxilə edilməsinin məntiqsiz olduğunu hesab edib. Hesablanmış borcun qanunsuz və əsassız olduğunu düşünən vətəndaş bu səbəbdən məhkəməyə üz tutub. Vətəndaş onu da qeyd edib ki, sayğac dəyişdirildikdən sonra sonra hər dəfə yüklədiyi pul məbləğindən borcun silinməsinə də yönəlib və bu günə kimi onadan 696 manat tutulub. Məhkəmə belə qənaətə gəlib ki, vətəndaşın evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək “Azəriqaz”ın vəzifəsi olduğu halda qurum, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 3110,40 manat məbləğində borc hesablayıb. Qanunvericiliyə əsasən qaz paylayıcısı tərəfindən müayinələr aparılarkən istehakçıya 5 iş günü əvvəl sifarişli poçt (və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə) göndərişi təqdim edilməli olduğu halda, bu hallar iş materialları ilə müəyyən olunmayıb. Vətəndaş müayinənin aparılmasından məlumatsız olub, ona əlavə sərfiyyata görə borcun yazılmasına əsas olmuş aktın tərtibində iştirak etməyib. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia qeyd edilən hissədə təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 3110,40 manat “Azəriqaz” tərəfindən silinməlidir. Geri qayıt |