Əsas Səhifə > Manşet / Gündəm > "Baku Electronics"in zəmanət nağılı
"Baku Electronics"in zəmanət nağılıBu gün, 08:14 |
|
"Dostlar, hamımızın bəzəkli reklamlarına baxıb aldanaraq qapısından girdiyimiz "Baku Electronics" mağazalar şəbəkəsinin əsl simasını, öz başıma gələn bir hadisə ilə sizə danışım. Bu elə bir sistemdir ki, dərdimizi hara deyəcəyimizi bilmirik. Amma mən susmayacam, qoy hər kəs bu şirkətin müştəriyə necə "hörmət" etdiyini bilsin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra başına gələnləri belə nəql edir: "Hadisə çox sadədir. Bu mağazadan telefon almışdım, rəsmi zəmanəti də var, vaxtı da bitməyib. Telefon xarab oldu, normal ölkələrdə zəmanət müddətində mal xarab olanda nə edirlər? Ya düzəldirlər, ya da təzəsi ilə dəyişirlər. Qanun da bunu tələb edir.
Amma "Baku Electronics" qanun-qayda tanımır. Aparıb dərdimi deyirəm, problemi həll etmək, müştərini razı salmaq əvəzinə, az qala məni borclu çıxarırlar. Üstəlik, mənə qayıdıb nə desələr yaxşıdır? "Get, hara istəyirsən, kime istəyirsən şikayət elə!"
Bu nə deməkdir? Bu nə qudurğanlıqdır?
Mən bu telefona cibimin son qəpiyinə kimi halal pul ödəmişəm. Pulu alanda şirin-şirin danışanlar, iş şikayətə gələndə müştərini qapıdan qovmaqdan betər edirlər.
Bu sözü deyən adam tək deyil, deməli yuxarıdan bura hamısının canına bu arxayınçılıq hopub. Elə bilirlər ki, bunlara gözün üstə qaşın var deyən olmayacaq.
Bu Birinci Dəfə Deyil: Keyfiyyətsiz Mal Satmaq Bunların Peşəsidir
Açığı, bu mənim bu şirkətlə yaşadığım ilk problem deyil. Bundan əvvəl də eyni bu "Baku Electronics"dən kondisioner almışdım, onda da eyni zülmü, eyni hörmətsizliyi mənə yaşatmışdılar.
Deməli, bu adamların iş prinsipi budur: vitrinə ən zay, bəlkə də zavoddan defektli gələn malları düzürlər, bəzəyib-düzəyib camaata sırıyırlar. Pulu kassaya vurdunsa, vəssalam, sən artıq onlar üçün insan deyilsən. "Kassadan uzaqlaşdınsa məhsul geri götürülmür" fəlsəfəsi ilə işləyirlər.
Sözüm Odur Ki, Aldanmayın!
Mən bu işin arxasını buraxan deyiləm. Aidiyyatı dövlət qurumlarına, hara lazımdırsa rəsmi şikayətimi edəcəm. Amma burdan hamıya səslənirəm: milyonlarla manat reklam verib özlərini "brend" adlandıran bu şirkət, əslində bir müştərinin hüququnu qoruya bilməyəcək qədər acizdir.
Əgər cibinizin düşməniniz deyilsinizsə, əsəblərinizi qorumaq istəyirsinizsə, bu mağazanın yanından keçəndə bir yox, beş dəfə düşünün. Çünki pulunuzla özünüzə dərd alacaqsınız..."
Geri qayıt |