Əsas Səhifə > Manşet / Siyasət > Burda BAZAR PRİNSİPLƏRİ hakimdir?

Burda BAZAR PRİNSİPLƏRİ hakimdir?


Bu gün, 08:01
Əldə etdiyimiz məlumata görə, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Hicran Əyyubovanın yoldaşı Vüqar Əyyubov yeni vəzifəyə gətirilib.
"DİA-AZ" xəbər verir ki, o, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinə (ictimaiyyət arasında "Sabir adına kollec" kimi tanınan təhsil müəssisəsinə) tədris işləri üzrə direktor müavini təyin edilib.
Qeyd edək ki, bu təyinat təhsil ictimaiyyətində ciddi suallar doğurub. Məsələyə reaksiya verən tanınmış təhsil eksperti Sakit Muradov bildirir: "Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Vüqar Əyyubovu hansı uğurlarına, hansı xüsusi xidmətlərinə görə bu vəzifəyə layiq görüb? Agentlik rəhbərliyi bu addımı atarkən hansı kriteriyaları əsas götürüb?
Yoxsa bu təyinatın arxasında heç bir peşəkar uğur yox, sadəcə Hicran xanımla olan şəxsi dostluq və yaxınlıq münasibətləri dayanır? Təhsil sistemində idarəetmə prinsiplərinin bu cür şəxsi münasibətlər üzərindən qurulması nə dərəcədə doğrudur?"

Geri qayıt