Əsas Səhifə > Manşet / Siyasət > BAKI QATİLİ... indi də bu tarixi binaları hədəfə alıb!

BAKI QATİLİ... indi də bu tarixi binaları hədəfə alıb!


Bu gün, 06:43

Söküntülərin getdiyi Bayırşəhərdə sakinlər deyirlər ki, bəzi evlər əşya qarışıq, sahibi evdən çıxan kimi tələm-tələsik, alqı -satqı olmadan sökülür.

Son günlər dağıdılananlar arasında SSRİ Xalq rəssamı Qəzənfər Xaliqovun yaşadığı ev də var.

Ərazidə baş verənləri ictimailəşdirən memar Abdul Hüseynov Facebookda yazır ki, bundan başqa dramaturq Süleyman Sani Axundov, SSR xalq artisti Əhməd Bakıxanovun yaşayıb-yaratdığı evlərin də yaxın günlərdə söküntüsü gözlənilir. Halbuki, onun fikrincə, bu evlər tarixi-memarlıq əhəmiyyətinə görə, ev muzeyi kimi saxlanıla bilərdi.
"DİA-AZ" xatırladır ki, həm sakinlərin və həm də ictimaiyyətin narazılıqla qarşıladığı bütün bu söküntü prosesinə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov rəhbərlik edir. Və onunla sakinlər arasında dəfələrlə hətta açıq toqquşmalar belə olub.
Sakinlər Zülfəli İsmayılovu təkcə az məbləğdə kompensasiya verməkdə ittiham etmirlər, BŞİH rəsmisi eyni zamanda Qədim Bakıya qəsddə də ittiham olunur...

Geri qayıt