Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır...

İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır...


Bu gün, 12:25

"Bir neçə gün əvvəl Microsoft şirkətindən "Word" proqramı almışıq. Dünən axşam baxırıq ki, alış etdiyimiz kartdan hansısa foto proqramının yenilənməsi adı ilə 96 dollar çıxıldı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış jurnalist Dünya Sakit daha sonra başına gələnləri belə nəql edir:
"Kart "Bank Of Baku"nundur. Və kartın sahibinə bankdan heç bir OTP kod göndərilməyib, təsdiq istənməyib. Üstəlik, 95 dollar üçün 30 manata yaxın komisyon götürüb özünə "Bank of Baku".
Bu gün zəng vurmuşuq, bankın müştəri mərkəzindən deyirlər ki, sizin birinci dəfə alışda verdiyiniz OTP kodu şirkət yaddaşda saxlayıb, atvomatik onunla pul silib!!!
Təsəvvür edirsiniz, maksimum qüvvədə olma müddəti 3 dəqiqə olan OTP kodu Microsoft 1 həftədən sonra yenidən istifadə edib, "Bank Of Baku" adlı ... bank da buna normal baxır!!!
Guya "Microsoft" bunlarla belə şərtlə işləyirmiş. Belə çıxır ki, daha OTP kodla alış-veriş etmək də təhlükəsiz deyil, hansısa soyğunçu bank komisyon haqqından qazanc əldə etmək üçün sənin 3 dəqiqəlik OTP kodunu aylarla aktiv saxlaya bilər.
Bir marketə gedib 100 manatdan yuxarı ərzaq alırsan, "Dəmiryolu"ndan bilet alırsan, PİN və OTP kodsuz ödəniş köçürmür "Bank Of Baku". Amma xarici şirkətə avtomatik pul silmək imkanı yaradır öz qazancı üçün.
Bir ay əvvəl kiçik oğluma öz planşetində oynadığı oyunda üzvlük təklif edilib, o da ingiliscə gələn detallara baxmadan ok düyməsini sıxıb. Və mənim ABB kartımdan həmin oyun şirkətinə 6 dollar köçürülüb, yenə OTP kod göndərilmədən, təhlükəsizlik təmin olunmadan. Banka zəng vurmuşam, deyirlər, guya mən Google Play-dan nə vaxtsa oyun almışam, kartım orada qalıb. Halbuki heç vaxt belə şey olmayıb. Və mən Google Play-dan kartımı çıxartmaq üçün banka gedib onu bağlatmalı və yeni kart almalıyam.
Bir sözlə, xarici şirkətlərlə əlbir olan Azərbaycan bankları müştəriləri soymaq, fırıldaqla pul qazanmaqda maraqlıdılar..."

Geri qayıt