Əsas Səhifə > Manşet / Cəmiyyət > "Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..."

"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..."


Bu gün, 11:39

6 illik fasilədən sonra 26 may tarixində Bakıdan Tiflisə səfərlər başlasa da, müştərilər həm bilet tapa bilmədikləri, həm də biletlərin çox baha olmasından narazıdır.

Tribuna.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının bu istiqamətdə göstərdiyi xidmət sərnişinlərin ürəyincə deyil.

Sərnişinlər bu barədə ADY-nin sosial şəbəkə hesabında yazıblar.

Şikayətçi Emin Hümbətov Baş Prokurorluğu və Daxili İşlər Nazirliyini ADY-nin bilet satışına nəzarət etməyə çağırıb.

Şikayətçilər bildirib ki, bilet tapılmır, 81 manata ümumiyyətlə bilet yoxdur. Sərnişinlər həmçinin icazə verilən baqaj çəkisi miqdarına da etiraz ediblər.


Geri qayıt