Əsas Səhifə > Manşet / Cəmiyyət > Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR...

Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR...


Bu gün, 12:01

"Müvafiq vəzifəli şəxs və ya qurum tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur!" "DİA-AZ" xəbər verir ki, bu çağırışla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yetkililəri təcili müdaxiləyə səsləyib. NHMT sədrinin təqdimatında növbəti işçi harayını ictimailəşdiririk. Beləliklə SOCAR çalışanı yazır:
"Müvafiq qaydalar əsasən SOCAR-a tabe olan və dənizdə çalışan neftçilər OPITO standartları üzrə BOSIET və "Stasionar dəniz platformalarında heyət üçün təhlükəsizlik" kurslarına cəlb olunurlar. Həmin təlimlər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən təşkil edilir. Hər hansı marifləndirici təlimin təşkil olunması təbii ki,təqdirə layiqdir.
Lakin təəssüf hissi ilə qeyd edirəm ki, təlimlərin keçirilməsi zamanı istifadə olunan avadanlıqların və xüsusi geyimlərin vəziyyəti ciddi narahatlıq doğurur. Məlum olduğu kimi, təlim mərkəzi 2017-ci ildə yaradılmış və lazımi avadanlıqlarla təchiz edilmişdir. Lakin hazırda istifadə olunan avadanlıqlar bütünlüklə hələ də 2017-ci ildən qalan köhnə avadanlıqlardır və vaxtaşiri yenilənmir.
Belə ki,
- BOSIET təlimləri zamanı istifadə olunan hidrokostyumlar yararsız vəziyyətdədir. Bütün kostyumlar suya daxil olduqdan sonra su buraxır, nəticədə təlim iştirakçısının hərəkəti və üzmə qabiliyyəti çətinləşir. Bu isə təlimin uğurla başa çatdırılmasına mane olur. Nəzərə almaq lazımdır ki, hidrokostyumların istismar müddəti intensiv istifadə şəraitində orta hesabla 1-3 il, təşkil edir.
Bundan əlavə, istifadə olunan hidrokostyumların, xüsusi ayaqqabıların və yanğından mühafizə kostyumlarının hər istifadədən sonra dezinfeksiya olunmaması ilə bağlı ciddi şübhələr mövcuddur. Bu hal təlim iştirakçıları arasında dəri və göbələk xəstəliklərinin yayılması riskini artırır. Təlimlərdə iştirak etmiş çoxsaylı neftçilərin müxtəlif dəri problemləri ilə üzləşməsinin müşahidə olunması da bu məsələ üzrə dərhal araşdırılma aparılmasını✅ zəruri edir.!
-Yanğın təhlükəsizliyi təlimlərində istifadə olunan xüsusi geyim və ayaqqabıların vəziyyəti də qənaətbəxş deyil. Gigiyenik normalara əməl olunmaması işçilərin sağlamlığı üçün real təhlükə yaradır.
Həmçinin diqqətə çatdırıram ki, 2017-ci ildən etibarən təlim proqramlarında faktiki yenilənmə müşahidə olunmur. Təlim günlərinin sayı artırılsa da, nəzəri materiallar və təqdim olunan məlumatların əhəmiyyətli hissəsi köhnədir. Halbuki OPITO standartları və dəniz təhlükəsizliyi sahəsində beynəlxalq tələblər mütəmadi olaraq yenilənir və tədris proqramlarının da həmin dəyişikliklərə uyğunlaşdırılması vacibdir.
Bu təlim mərkəzi 2017 ci ildə SOCAR tərəfindən inşa edilmiş və bütün vəsaitlər alınmışdır.
Təssüflər olsun ki bu gündə butun avadanlıqlar və dərs proqramı 2017 ci ilə aiddi. Bircə yenilik SOCAR tərəfindən inşa olunmuş su hovuzu Xəzər Dəniz gəmiciliyi idarəsinin balansına kecirilmiş, hal-hazırda isə həmin hovuz SOCAR Təlim İdarəsinə icarəyə verilmişdir
Yuxarıda qeyd olunan halların araşdırılması, istifadə olunan avadanlıqların texniki vəziyyətinin yoxlanılması, gigiyenik normalara əməl olunmasının təmin edilməsi, köhnəlmiş avadanlıqların yenilənməsi və təlim proqramlarının müasir beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi mütləqdir!"
Mirvari Qəhrəmanlı sona bunları qeyd edərək bildirir: "Daxil olunan məlumatda deyilir ki,
- Təlimlər zamanı bir nəfər üçün 800-1200 manat civarında vəsait ödənilir
- İyulun əvvəlinədək təlimdə iştirak etməyənlər dənizə buraxılmayacaq..."
Məsələ diqqətimizdədir...

Geri qayıt