Əsas Səhifə > Manşet / Gündəm > Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİRBu gün, 07:50 |
|
Neft-qaz sahəsində çalışan işçi bu gün 500-600 manata keçinmək... daha doğrusu sürünmək zorundadır. SOCAR-ın başbilənləri isə hansısa tədbiri görmək istəmir. 6 ildir maaşları qalxmadan bu bahalaşmada yaşam mücadiləsi verən SOCAR işçiləri düşünməsinlər ki, rəhbərlikləri hər yerdə belədir. Yox...
Məsələn, aydın olur ki, SOCAR Ukraynada təriflənir, Azərbaycanda isə...
"DİA-AZ" xəbər verir ki, SOCAR konkret olaraq Ukrayna yanacaq bazarında əməkhaqqı üzrə liderdir.
A 95 Məsləhət Qrupu və İqtisadi Ekspert Platformasının 2026-cı ilin birinci rübü üzrə məlumatlarına görə, SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsi sənayedə ən şəffaf işəgötürən statusunu təsdiqləyib.
Şirkət orta işçi əmək haqqına görə ölkədə birinci yeri tutub.
Təhlildən əsas faktlar:
▪️ SOCAR-da orta rəsmi əmək haqqı ayda 37.277 qrivnaya çatıb (835 dollar). Bu, ilk 10-luqdakı digər əsas şəbəkələrin göstəricilərini və təxmin edilən bazar orta göstəricisini (20.000 qrivna) xeyli üstələyir. Şirkət fərdi gəlir vergisinin, vahid sosial töhfənin və hərbi verginin tam ödənilməsini təmin edir.
▪️ Litr başına vergi litr başına 2.20 qrivna təşkil edib. Analitiklər qeyd edirlər ki, bu rəqəm dövlət vergi öhdəliklərinin tənzimlənməsi səbəbindən texniki düzəlişə məruz qalıb (dövlət vergi öhdəliyinin artımı 33.23 milyon qrivna olub).
SOCAR-ın uzunmüddətli şəffaflıq strategiyası sistemlidir — şirkət 2023-2025-ci illər ərzində yanacaq sektorunda vergi reytinqlərində müntəzəm olaraq birinci yerdə olub...
Yəni yuxarıda təqdim etdiyimiz faktdan da aydın olur, burda əli mazutlu fəhləsinin haqqına girən SOCAR başbilənləri Ukraynada əməlli-başlı səxavətli imişlər. Burda nefti çıxarmaqdansa... Ukraynada YDM-də şlanq tutmaq daha sərfəlidir...
Geri qayıt |