Əsas Səhifə > Manşet / Cəmiyyət > Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir...
Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir...Bu gün, 08:33 |
|
O daha sonra bildirir: "Həsən Hüseynov Sabirabad rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru vəzifəsindən işlədiyi az müddətdə 1.60000.00 ( Bir milyon altı yüz min manat ) yeyinti etdiyi, rüşvət müqabilində işə işçilər götürdüyünə görə tutduğu vəzifədən azad edilmişdir.
Həsən Hüseynovun qanunsuz əməlləri Sabirabad rayon Prokurorluğu tərəfindən aparılmış yoxlama nəticəsində aşkar edilmiş, dövlət büdcəsinin talanması külli miqdarda məbləğ olduğu üçün araşdırılma Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.
Onu da qeyd edirik ki,Həsən Hüseynov işlədiyi bütün xəstəxanalardan rüşvət qalmaqalı, müəssisə daxilində ayrı seçkilik salaraq intiriqalar yaratdığına görə həmin müəssisələrdən qovulmuşdur.
Həsən Hüseynov Sabirabad rayon Mərkəzi Xəstəxanasında bu cinayətləri külli miqdarda rüşvət müqabilində özünə baş həkim vəzifəsinə təyin etdiyi Elnur Əzizovla birlikdə etmişdir.
Həsən Hüseynov etdiyi cinayətlərin tam şəkildə aşkar edilməməsi üçün,işdən azad ediləndən sonra öz yüksək ranqlı qohumluq əlaqələrindən istifadə edərək Sabirabad rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini cinayət yoldaşı Elnur Əzizova həvalə etdirmişdir.Həsən Hüseynov işə götürmələri Elnur Əzizovun vasitəsi ilə həyata keçirmişdir.
Elnur Əzizov da bu haldan istifadə edərək,yaxın qohumlarını Sabirabad rayon Mərkəzi Xəstəxanasına fərqli sahələrdə işə düzəltmişdir (bu barədə növbəti yazılarımızda adlı siyahı və Elnur Əzizovun törətdiyi pensiya cinayətləri barədə geniş məqalə dərc olunacaq).
Hətta Elnur Əzizov bildirir ki, Həsən əmisi öz məsələsini həll etdikdən sonra onu direktor vəzifəsinə təsdiq etdirəcəkdir.
Hesab edirik ki,TƏBİB-in yeni rəhbərliyi Həsən Hüseynov və Elnur Əzizov kimi xalqı deyil,öz cibini düşünən şəxslərə nəinki direktor vəzifəsi,xəstəxanada şöbə müdiri vəzifəsi belə həvalə etməz.
Amma Həsən Hüseynovun hətta direktor vəzifəsinə təyin olunması ilə bağlı təbrik zənglərini qəbul etdiyini də mənbəmiz bildirir.
TƏBİB-ə yeni təyin olunan rəhbərlikdən gözləntilərimiz çox olsa da Həsən Hüseynov və Elnur Əzizov kimilərin vəzifəyə təyin olunacağı xəbərləri insanları məyus edir,gələcəkdə TƏBİB-dəki vəziyyətin daha da bərbad günə düşəcəyindən xəbər verir..."
Geri qayıt |