Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Qaz İxrac İdarəsinin işçiləri TROL ORDUSUNA çevrilib...
Qaz İxrac İdarəsinin işçiləri TROL ORDUSUNA çevrilib...Bu gün, 11:17 |
|
SOCAR Qaz İxrac İdarəsində birinci müavin postunu tutması ilə əslində "sədr-əzəmlik" edən Sərxan Babaşovun haqqında neçə müddətdir ictimailəşdirdiyimiz məlumatlat spsial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Burada xüsusi olaraq qeyd etməliyik ki, cənab Babaşov tərəfindən trol ordusu da "DİA-AZ"a aid sosial hesablarda əks-qənaəti formalaşdırmağa cəhdlər edirlər ki, bu da əsadüfi deyil. Normalda iddia olunanlarla bağlı izahat verilirsə, cənab Babaşov trollar hesabına "Sərxan Babaşov yaxşı adamdır" kimi bənzər atmacalarla RƏY BASQISI yaratmaqdadır ki, bu da daha çox buemranq effektinə nədən olur. Bir sözlə, Babaşov həqiqətləri gizlətməyə çalışır, amma... Biz isə bütün bunlara rəğmən, SOCAR Qaz İxrac İdarəsində birinci müavinin neqativ fəaliyyəti ilə bağlı əldə etdiyimiz bilgiləri paylaşmaqda davam edirik. Beləliklə, "DİA-AZ"a daxil olan növbəti məqalədə deyilir: "Qaz İxrac İdarəsində birinci müavin postunu tutan Sərxan Babaşovla bağlı məlumatlar paylaşılandan sonra tələbə yoldaşı və yaxın adamları vasitəsi ilə özünü "müdafiə etməyə" çalışır ki, burada da tabeçiliyində olan işçilərdən də trol kimi istifadə olunmaqdadır. Uzun illərdi mətbuatdan uzaq olan Əkbər Hacıyevin xəbəri olmasın deyə müdafiə olunmaq üçün az qala bir trol ordusu səfərbər edilib. Biz isə özünü hər yerdə peşəkar kimi təqdim etdirən Sərxan Babaşovun peşəkarlığını diqqətə çatdıraq. Vaxtı ilə Neft daşlarından Daşqın İsgəndərov tərəfindən qovulduğu faktı hər kəsə məlum olan Sərxan Babaşovun daha sonra Hacıqabul Magistrala Sahə rəisi təyin olunduğu, qısa zaman ərzində isə Qaz İxrac İdarəsinə 4-cü müavin — SƏTƏM üzrə, sonra isə Nazim Səmədzadə təqaüdə çıxandan sonra birinci müavin təyin olunduğu məlumdur. Daşqın İsgəndərov kimi mütəxəssislərin Babaşovu görməyə gözünün olmadığı, onu dənizdə yararsız hesab edib işdən uzaqlaşdırdığı faktını bilməyən yoxdur. Sərxan Babaşovun qardaşlarının hamısını dənizdə müxtəlif işlərə yerləşdirdiyi, bir qardaşının isə sürücüsü olduğu və Hacıqabuldan Bakıya kimi onunla gəlib-getdiyi bildirilir. Qardaşı oğlu Əfqanın da həmçinin fəhlələr arasında hörməti olmayan bir şəxsi Abşeron MQKS texniki şöbəsinə yerləşdirdiyi və gələcəkdə onu daha yüksək vəzifəyə gətirmək niyyətində olduğu iddia olunur. Sərxan Babaşov Ağdaş Magistral ərazisində qeyri-rəsmi podratçılıq fəaliyyəti ilə məşğul olur. Bəzi təmir-quraşdırma işləri başqa podratçıların adına rəsmiləşdirilir, lakin həmin işlər onun tabeliyində olan işçilər vasitəsilə həyata keçirilir və bundan böyük qazanc əldə olunur. SOCAR rəhbərliyinin isə bu məsələlərdən xəbərsiz olduğu məlumdur..." Məqalənin davamı MÜTLƏQ OLACAQ... Bizi izləməyə davam edin... Geri qayıt |