Əsas Səhifə > Manşet / Gündəm > "Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir"
"Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir"Bu gün, 06:53 |
|
"Azərbaycan Dəmir Yollarından şikayətçiyəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Akulova Aleksandra adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Keçən il vaqonlarda qaynar su problemi ilə bağlı sizə şikayət etmişdim. O zaman mənə bildirdiniz ki, problem həll olunub və növbəti səfərlərdə vaqonlarda qaynar su olacaq. Hanı?
Bir il keçib.
Hazırda Bakı-Balakən 64 qatarının 4-cü vaqonunda Şəkiyə gedirəm.
Qəhvə hazırlamaq üçün qaynar su istədim, lakin mənə bildirildi ki, qaynar su yoxdur və olmayacaq.
İndi sizə sualım var: əgər vəziyyət dəyişməyibsə, niyə mənə “gələn dəfə qaynar su olacaq” deyildi? Deməli, sərnişinə sadəcə boş vəd verilib.
Üstəlik, göstərilən nömrəyə zəng çatmır, WhatsApp isə işləmir. Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir. Sırf mənə yanlış məlumat verildiyi üçün məsələ ilə bağlı yenidən rəsmi şikayət edəcəyəm.
Mən sadəcə uzun yol gedərkən isti qəhvə içirəm.
Bakıya qayıdandan sonra rəsmi qaydada şikayət edəcəyəm.
Bunu sırf yalan danışdığınız üçün edəcəyəm..."
Geri qayıt |