Əsas Səhifə > Manşet / Cəmiyyət > Zay məhsulu satmaları bir yana...
Zay məhsulu satmaları bir yana...Bu gün, 09:47 |
|
"05.02.2026 tarixində Kontakt Home Sumqayıt filialından anam Həsənova Pərvanə tərəfindən JBL markalı qulaqlıq alınmışdır. Məhsul 07.05.2026 tarixində texniki nasazlıq səbəbindən işlək vəziyyətdən düşmüş və tərəfimdən (qızı Həsənzadə Sevinc) mağazaya yaxınlaşaraq servisə göndərilmişdir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Sevinc Həsənzadə adlı sosial şəbəkə istifadəçisinin müraciətində yer alıb.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "26.05.2026 tarixində servis tərəfindən zəng edilərək məhsulun texniki qüsurlu olduğu təsdiqlənmiş və yenisi ilə əvəz olunması üçün mağazaya yaxınlaşmağım bildirilmişdir. 28.05.2026 tarixində mağazaya yaxınlaşsam da, mağaza əməkdaşları məhsulun anamın adına olmasını bəhanə edərək dəyişdirilmə icrasından imtina etmişdir. Anam Həsənova Pərvanə hazırda səhhəti ilə bağlı (ayağı gipsdədir) evdən çıxa bilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin nümayəndəlik və istehlakçı hüquqlarına dair maddələrinə əsasən, məhsulu mağazaya təhvil verən, prosesi idarə edən və faktiki istifadəçi olan yaxın qohumun (qızının) sənədlərlə yaxınlaşaraq malı təhvil alması qanunla qadağan deyil. Kredit ödənişini qəbul edərkən ad fərqi tələb etməyən mağazanın, servis tərəfindən təsdiqlənmiş qüsurun aradan qaldırılması zamanı bürokratik əngəllər yaratması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 7-ci maddəsinin kobud şəkildə pozulmasıdır.
Həmçinin, qaynar xəttinizlə (*6060) əlaqə saxladığım zaman operatorların zəngi əsassız yerə qapatması və köməklik göstərməməsi şirkətinizin xidmət keyfiyyətinə kölgə salır.
Məhsulun yenisi ilə əvəzlənərək tərəfimə təhvil verilməsini, əks təqdirdə qalan kredit ödənişinin dayandırılması və məsələnin rəsmi şəkildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və məhkəmə orqanlarına daşınacağını bildirirəm.
Tələb edirəm ki, məsələ qısa müddətdə həll edilsin..."
Geri qayıt |