Əsas Səhifə > Manşet / Hadisə > "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?"

"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?"


Bu gün, 10:19

"Kapital Bank"da kartımın vaxtına az qaldığı üçün kartın vaxtın uzatma təklifi gəldi..." "DİA-AZ" xəbər verir ki, bu sözlər "AzBank Klubu" sosial qrupundakı paylaşımda yer alıb.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Klik etdim, "free" görüb ardıcıl klik etdim sonradan gördüm ki kart 15 manat imiş. "-15" balans yarandı.

Hər bankda artıq kart pulsuzdur. Mənası olmadığı üçün kartı ləğv edib, mənfi balansın silinməsini istədim.
İstifadə etməyəcəyim xidmətə görə pul çıxılmamasını dedim. Bank isə əvəzində pulun hər bir halda çıxılacağını qeyd edir.
Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?"


Geri qayıt