Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud...
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud...Bu gün, 12:45 |
|
"Aldığım məlumata görə SOCAR Azneft İB 28 May NQÇI nin 10 saylı DDÖ-də 198 saylı quyuda qazma işləri aparılarkən quyuda açıq fontan təhlukəsi müşahidə olunub. "DİA-AZ" xəbər verir ki, bu xəbəri öz səhifəsində tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşıb.
NHMT sədri daha sonra bildirir: "Quyunun təyziqi qəflətən 210 atmosferə qalxıb. Buna səbəb isə quyularda qazma və əsaslı təmir aparılarkən horizonta görə lay təzyiqinin düzgün təyin edilməməsi, təzyiqə uyğun ağırlaşdırıcı məhlul (rastvorun) düzgün müəyyənləşdirilməməsi olub. Zamanında olunan müdaxilədən sonra təhlükənin qarşısı alınsa da, tam sovuşmayıb. Bu kimi səhlənkarlıq (təcrübəsizlik, məsuliyyətsizlik) bir müddət əvvəl 7 sayli DDÖ və digərlərində qazma və quyuların əsaslı təmir zamanı və qazma vaxtı müşahidə olunmuşdur.
Onu da qeyd edim ki, belə hallar şirkətdə sahə üzrə mütəxəsislərin uzaqlaşdırılmasından sonra daha çox müahidə olunur..."
Qeyd edək ki, 26.05.2026-ci il tarixində 10 saylı özülə şirkət vitse prezidentinin ve Azneft İB-nin bas direktorunun səfəri gözlənilir. Qonaqların gəlişi üçün hazırlıq görülmüş, onlar üçün sahildən müxtəlif çeşidli yeməklər, çərəzlər də göndərilib...
Yəni iş... peşəkarlıq olmasa da... HƏR ŞEY VAR!
Geri qayıt |