Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIBBu gün, 11:10 |
|
Bir zamanlar Naxcıvan Muxtar Respublikasında Əmək və Əhalininin Sosial Müdafiə Naziri olmuş Nicat Babayevdən xəbər var. Bu barədə "DİA-AZ"a mötəbər mənbələrdən xəbər daxil olub. Xəbəri verən qaynağın bildirdiklərindən belə aydın olur ki, 14 fevral 2019-cu il tarixindən 16 mart 2023-cü ilədək görəv başında olan Nicat Babayev bu qısa müddət ərzində özünə yetərincə sərvət toplamağa müvəffəq olub. Onun adı ciddi büdcə mənimsəmələrində hallanır. 2023-2025-ci illər aralığında nazir muavini postunu tutan Nicat Babayev məhz bu dönəmlərdə oğurluq pulları rəsmiləşdirməyə də cəhdlər edib. İndi isə aydın olur ki, Nicat Babayev əldə etdiyi oğulruq pulları da götürərək ölkədən qaça bilib. Bəs bu, necə baş tutub? Bu barədfə əldə etidyimiz bilgilərə görə, Nicat babayev vəzifədən alınsa da nazir olarkən daşıdığı xidməti pasport ondan geri alınmayıb və bu yolla külli miqdarda vəsaitlə Azərbaycandan qaça bilib. Onun hazırda ABŞ-da olduğu da söylənilir. Bütün bunlar isə aşağıdakı sualları ortaya çıxarır və aidiyyatı qurumların bu cualları cavablandırmasını zəruri edir... Beləliklə; 1-Necə olub ki bu keçmiş nazir ABŞ-na qaca bilib? Məsələ diqqətimizdədir... Geri qayıt |