Əsas Səhifə > Manşet / Hadisə > "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..."

"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..."


Bu gün, 10:50

Hər addımda müştərilərinə problem yaradan Azərbaycna Beynəlxalq Bankı (ABB) bunu az qala şakərinə çevrilib. "DİA-AZ" bildirir ki, artıq bu bankın müştəriləri problemlərlə üzləşməyi adi hal kimi qəbul edirlər. Biz isə növbəti vətəndaş gileyini təqdim edirik. Hər halda, günlərin birində ABB-nin üsula gələcəyi ümidi ilə...

Beləliklə Hüseyin Qurbanov adlı sosial şəbəkə istifadəçisi öz postunda belə gileylənir:

"ABB Bankda hazırda 9%-lik ipotekada olan bir ev var, 4 ildir bu ev üçün ödəniş edilib. Hazırda o evi almaq üçün ilkin razılaşmamız var, lakin bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir. Ötürmə mümkün deyil deyir.

Bu məsələdə köməyinizə ehtiyacım var. Şəxs eyni ipotekanın ödəyə bilmə qabiliyyətinə sahibdir, elə yaxın günlərdə də ABB-nin özündə olan başqa bir ipotekanın tamamilə bağlayıb..."

Geri qayıt