Əsas Səhifə > Manşet / Sosial > Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏBu gün, 10:02 |
|
Araşdırmanın yekununa dair rəsmi qərar da vətəndaşa təqdim olunub. Namiq Əliyev iddia edir ki, araşdırmadan sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Şahin İsrafilov tərəfindən Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinə rəsmi məktub ünvanlanıb. Həmin məktubda ərazidə aparılan yüngül konstruksiya işlərinin dayandırılması xahiş olunub. Vətəndaş bildirir ki, sözügedən tikinti hər an sökülə bilən, talvar tipli yüngül konstruksiyadır və onun əsas məqsədi qanunsuz tikinti aparmaq deyil, övladının müalicə və gündəlik yaşayış xərclərini təmin etmək üçün kiçik çay evinin fəaliyyətini davam etdirməkdir. O, baş verənlərin qərəzli olduğunu iddia edərək məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib və vəziyyətin araşdırılaraq qanuni qiymət verilməsini xahiş edir. Geri qayıt |