Əsas Səhifə > Manşet / Gündəm > SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır?

SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır?


Bu gün, 08:14
"Mənə təqdim olunmuş və SOCAR "Azneft" İB- yə aid olduğu görünən "Yanacaq Paylama Cədvəli" sənədində bəzi məlumatların qara silinə bilən karandaşla qeyd olunduğu görünür..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Rüfət Hüseynov adlı istifadəçi SOCAR prezidenti Rövşən Nəcəfə ünvanladığı müraciətində yazır.
Müraciətdə daha sonra deyilir:
"Müxtəlif iddialara görə, karandaşla aparılan qeydlərin sonradan dəyişdirilməsi mümkün hesab olunur və bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm. Bununla əlaqədar olaraq aşağıdakı suallara cavab verilməsini xahiş edirəm.
"Yanacaq Paylama Cədvəli" kimi rəsmi uçot sənədlərində məlumatların karandaşla yazılması daxili qaydalara uyğundurmu?
Belə sənədlərdə sonradan silinməsi və dəyişdirilməsi mümkün olan yazı vasitələrinin istifadəsinə icazə verilirmi?
Yanacaq paylanmasi ilə bağli sənədlərdə sonradan dəyişikliklərin qarşısını almaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunur?
Siyəzən rayonunda Ehtimal Abdullayevin rəhbərlik etdiyi idarədə istifadə olunan bu sənədlə bağlı araşdırma aparılması nəzərdə tutulacaqmi?
***
Ehtimal Abdullayevin rəhbərlik etdiyi qarajdan təqdim olunan yanacaq paylama cədvəlində məlumatların karandaşla qeyd olunması sənədləşmə və şəffaflıq baxımından ciddi suallar yaradır. Dövlət əhəmiyyətli sənədlərdə məlumatların sonradan silinərək dəyişdirilməsinə imkan verilməsi yanacaq sərfiyyatı və ucotunda uyğunsuzluq ehtimalını artırır. Mən düşünürəm ki, bu kimi nəzarətsizlik və yarıtmaz idarəçilik halları nəticəsində bir çox neft quyuları da hasılat aşağı düşmüş , bəzi quyular fəaliyyətini dayandırmış və bunun nəticəsində SOCAR sistemində, xüsusilə "Siyəzənneft"də ixtisarlar baş vermişdir. Bu ixtisarlar isə insanların sosial rifahına və maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Quyulara vaxtında nəzarət olunmaması, idarəetmədə yol verilən nöqsanların və daxili nəzarət mexanizmlərinin zəif təşkili neft sektorunda ciddi geriləmə yaratmışdır. Neft sektoru ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olduğu üçün bu kimi halların obyektiv şəkildə araşdırılması, sənədlərin yoxlanılması və aşkar olunan nöqsanlara hüquqi qiymət verilməsi zəruridir..."

Geri qayıt