Əsas Səhifə > Manşet / Siyasət > Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR

Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR


Bu gün, 07:09

"Uzun müdətdir ki, AAYDA-da “at oynadan” Saleh Məmmədov bir müddət bundan öncə tutduğu vəzifəsindən uzaqlaşdırılsa da, sabiq məmurun xeyli sayda kadrının hələ də adıçəkilən qurumda qaldığı heç kimə sirr deyil. Xüsusilə də AAYDA-nın İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsində bu cür şəxslərə daha çox rast gəlinir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra deyilir: "Uzun illər ərzində yol və körpü tikintisi ilə əlaqədar olaraq vətəndaşlara məxsus torpaqların yol infrastrukturunun inşasına cəlb edilməsi ilə məşğul olan bu qurumun bəzi əməkdaşları, öz bəd əməlləri ilə vətəndaşların haqlı narazılığına səbəb olub. Torpaqları plana düşən vətəndaşlara çatmalı olan kompensasiyaların süni şəkildə azaldılması, torpaqların həqiqi qiymətindən xeyli aşağı hesablanması, vətəndaşlara kompensasiyanın verilməsindəki süründürməçilik və s. Saleh Məmmədov dönəmində AAYDA və İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsi ilə bağlı ciddi narazılıqlara səbəb olub. Mehman və İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsinin bəzi əməkdaşları ilə bağlı mediada yer alan məqalələr ictimai etirazın daşaraq media səhifələrinə çıxdığını göstərir.

Saleh Məmmədov və onun “yadigarlarının” AAYDA-nın yeni rəhbərliyi və vətəndaşlara yaratdğı digər bir çətinlik isə yarımçıq qalan yol və körpülərlə bağlıdır. Çoxdan başa çatdırılmalı olduğu halda hələ də yarımçıq qalan yol və körpülər mövcud infrastrukturun daha da yaxşılaşdırılması imkanını məhdudlaşdırmaqla yanaşı, həm də yağışlı havalarda gediş-gəliş baxımından da ciddi çətinliklər yaradır, bəzi hallarda isə piyada və avtomobillərin hərəkətini mümkünsüz edir.

Yarımçıq yol və körpülərlə bağlı sosial mediada yer alan bəzi məlumatlara inansaq, iddia etmək olar ki, onların bəzisinin pulu sabiq rəhbərlik tərəfindən çoxdan mənimsənilib. Lakin iş başa çatdırılmadığı üçün bu gün ortada yarımçıq yollar və yoxa çıxan pullar dayanır. Əslində Saleh Məmmədov və bu qurumda çalışan bəzi məmurların sahib olduğu çoxsaylı milyonluq villalar bu yol və körpülərin niyə yarımçıq qaldığı çox yaxşı izah edir.

Ümid edirik ki, əlaqədar qurumlar AAYDA-nın sabiq rəhbərliyi dönəmindən qalan yarımçıq yol və körpülərlə bağlı ciddi araşdırmalar aparacaq, nəqliyyat infrastrukturu inşa etmək adına özünün və yaxınlarının ailə büdcəsini zənginləşdirən şəxslərin kimliyini ortaya çıxararaq onları məsuliyyətə cəlb edəcək..."


Geri qayıt