Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR?

Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR?


Bu gün, 16:50

Azərbaycanda dövlət qurumları tərəfindən ən çox satınalınan xidmətlərdən biri də qida təminatı - yemək və keyterinq xidmətləridir.

2024-cü ilin aprel ayından bu ilin aprel ayına kimi Azərbaycanda müxtəlif dövlət qurumları hazır yeməklərin alınması ilə bağlı 26 müqavilə üzrə ümumi məbləği 37 milyon 826 min manat olan müqavilələr bağlayıb.

"DİA-AZ" xəbər verir ki, ən iri həcmli tenderin qalibi olan şirkət "Tais İKF" MMC (VÖEN: 1400019741) olub. Belə ki, şirkət bu ilin aprel ayının 22-də Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə 9 milyon 314 min manatlıq müqavilə imzalayıb. Müqaviləyə görə, şirkət elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı işlərini həyata keçirməyi öz üzərinə göndərib.

Bu şirkət ötən il də eyni dövlət qurumunun ümumi məbləği 13 milyon 680 min manat olan iki tenderinin qalibi olub. Şirkət elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətini həyata keçirib.

"DİA-AZ" xəbər verir ki, "Tais İKF" MMC "Dövlət İmtahan Mərkəzi" PHŞ-nin də müxtəlif tenderlərinin qalibi olub. MMC 2024-cü ildə dövlət qurumuna 201 min 662 manatlıq, 2025-ci ildə isə 138 min 261 manatlıq yeməklərin hazırlanması və çatdırılması xidmətləri satıb.

Yemək tenderlərinin aktiv iştirakçılarından olan şirkətlərdən biri də "Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131) olub. Şirkət bu il "Əsaslı Tikinti və Təchizat" MMC-yə 392 min 350 manatlıq hazır yemək satıb. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzinin işçiləri üçün 51 min 188 manatlıq nahar yeməyi xidməti satıb.

"Holiday in Azerbaijan" MMC 2025-ci ildə də müxtəlif yemək tenderlərinin qalibi olub. MMC Azərbaycan Mərkəzi Bankından 38 min 704 manatlıq, "Əsaslı Tikinti və Təchizat" MMC-dən 188 min 800 manatlıq yemək sifarişi alıb.

Yemək tenderlərinin qalibləri arasında bir ad – fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev xüsusi diqqət çəkir. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ziyafət Fərzəliyev "Dövlət Tibii-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ-nə 2025-ci ildə 3 milyon 255 min manatlıq, 2024-cü ildə isə 9 milyon 308 min manatlıq hazır yemək satıb.

Ümumi olaraq hazır yemək xidmətinin satışı ilə məşğul olan şirkətlərlə dövlət qurumları arasında cari ildə 13 milyon 183 min manatlıq, 2025-ci ildə 14 milyon 521 min manatlıq, 2024-cü ildə 10 milyon 122 min manatlıq satınalma müqavilələri bağlanıb.

Azərbaycanda yemək tenderlərini udan şirkətlər haqqında daha ətraflı:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalibin adı / VÖEN-i

Sifarişın məbləği

Yekunlaşma tarixi

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satınalınması

"Tais İKF" MMC (VÖEN: 1400019741)

9 314 441 AZN

22.04.2026

2

"Əsaslı Tikinti və Təchizat" MMC

Tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması

"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131)

392 350 AZN

21.04.2026

3

Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzi

İşçilər üçün nahar yeməyi (catering) xidmətinin satınalınması

"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131)

51 188 AZN

20.04.2026

4

"Azərtibbtəchizat" MMC

Müəssisənin işçiləri üçün kompleks nahar yeməyin alınması (keytrinq xidməti)

"Doydum Catering" MMC (VÖEN: 1005504521)

40 906 AZN

09.04.2026

5

Tibb Universitetinin Tədris Terapevtik Klinikası

Hazır yemək (catering) xidmətinin satın alınması

"Lunchef Catering" MMC (VÖEN: 2005077961)

129 210 AZN

11.03.2026

6

"Dövlət Tibii-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ

Hazır qida (keytrinq) yaradılmasının satınalınması

Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN: 1803349532)

3 255 498 AZN

06.02.2026

CƏMİ 2026 - 13 183 593 AZN

7

Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında ödənişli müalicə alan pasiyentlər üçün hazır yemək (keytrinq)

"Lunchef Catering" MMC (VÖEN: 2005077961)

115 404 AZN

30.12.2025

8

Azərbaycan Mərkəzi Bankı

Müxtəlif tədbirlər ilə bağlı catering xidmətlərinin satın alınması

"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131)

38 704 AZN

09.12.2025

9

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ

Azərbaycan Fransız Universiteti üçün tədbirlər zamanı nəzərdə tutulan iaşə (catering) xidmətləri

"Lunchef Catering" MMC (VÖEN: 2005077961)

89 975 AZN

17.10.2025

10

"İnnovativ Biznes-İnkubator" MMC

Keytrinq xidmətlərinin satın alınması

"Doydum Catering" MMC (VÖEN: 1005504521)

6 100 AZN

07.10.2025

11

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi

Bölgələrdə keçirilən tədbirlər üçün yemək sifarişinin təşkil olunması xidmətləri”nin satın alınması

"Betta Group" MMC (VÖEN: 1307856931)

9 996 AZN

25.09.2025

12

"Sosial Tədqiqatlar Mərkəzi" PHŞ

İaşə (catering) və tədbirlərin təşkili xidmətinin satın alınması

"Betta Group" MMC (VÖEN: 1307856931)

219 828 AZN

19.08.2025

13

"Azərtibbtəchizat" MMC

Müəssisənin işçiləri üçün kompleks nahar yeməyin alınması (Keytrinq xidməti)

"Lunchef Catering" MMC (VÖEN: 2005077961)

33 229 AZN

19.06.2025

14

"Əsaslı Tikinti və Təchizat" MMC

Mədəniyyət Nazirliyi üzrə tədbirlər və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması

"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131)

188 800 AZN

08.05.2025

15

"Dövlət İmtahan Mərkəzi" PHŞ

Yeməklərin hazırlanması və çatdırılması xidmətlərinin satın alınması

"Tais İKF" MMC (VÖEN: 1400019741)

138 261 AZN

28.04.2025

16

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması

"Tais İKF" MMC (VÖEN: 1400019741)

9 934 932 AZN

07.02.2025

17

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması

"Tais İKF" MMC (VÖEN: 1400019741)

3 745 499 AZN

05.02.2025

CƏMİ 2025 - 14 520 728 AZN

18

"Sosial Xidmətlər Agentliyi" PHŞ

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması

Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN: 1803349532)

9 308 116 AZN

24.12.2024

19

Naxçıvan Ali Məclisi

Ali Məclisin həyətyanı sahəsinin, qaraj, avtoyuma, söhbətgah, yeməkxana və sürücülər üçün binanın yenidən qurulması işləri üzrə layihələndirilməsi

“Kon-Lay Project" MMC (VÖEN: 1301807111)

19 850 AZN

09.12.2024

20

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ

Oğuz-Qəbələ-Bakı magistral su kəmərlərində baş vermiş qəzalar zamanı və Ceyranbatan USQ-nin işçilərinin yeməklə təmin edilməsi xidmətinin satın alınması

"Dadlı Qida" MMC (VÖEN: 3105095251)

98 265 AZN

06.12.2024

21

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi

Bölgələrdə keçirilən tədbirlər üçün yemək sifarişının təşkil olunması xidmətlərinin satın alınması

"Betta Group" MMC (VÖEN: 1307856931)

4 390 AZN

04.12.2024

22

Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında stasionar müalicə alan pasiyentlər üçün hazır yemək (keytrinq)

"Fam Food" MMC (VÖEN: 3104757391)

89 208 AZN

22.11.2024

23

Azərbaycan Televiziya və Radio Verlişləri QSC

“Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması “Catering" xidmətinin satınalınması

"Ukrayna Ticarət Evi" MMC (VÖEN: 1404173661)

24 019 AZN

08.10.2024

24

"Azərbaycan Kosmik Agentiliyi (AZƏRKOSMOS)" PHŞ

İaşə (catering) xidmətlərinin satın alınması

"Seaport Catering" MMC (VÖEN: 1701469841)

320 240 AZN

16.09.2024

25

"Əsaslı Tikinti və Təchizat" MMC

Tədbir və digər proqramlarda hazır yemək (catering) xidmətlərinin satın alınması

"Rash.M.M.Trade and Services-2020" MMC (VÖEN: 1303449481)

56 640 AZN

14.08.2024

26

"Dövlət İmtahan Mərkəzi" PHŞ

Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satınalınması

"Tais İKF" MMC (VÖEN: 1400019741)

201 662 AZN

18.04.2024

CƏMİ 2024 - 10 122 390 AZN

YEKUN - 37 826 711 AZN



Geri qayıt