Əsas Səhifə > Manşet / Sosial > Bərdədə fermerlərin SIĞORTA DAVASI...

Bərdədə fermerlərin SIĞORTA DAVASI...


Bu gün, 08:20

Bərdə rayonunun Qaradəmirçi kəndindən olan bir qrup sakin bildirir ki, onlar pambıqçılıqla məşğul olurlar. "DİA-AZ" xəbər verir ki, şikayətçilərin sözlərinə görə, 2024-cü il avqustun 8-də rayonda bir sutka davam edən güclü külək və leysan yağış nəticəsində onların əkin sahələrinə ciddi ziyan dəyib.

Həmçinin sahədən keçən elektrik xətti qırılaraq əkin sahəsinin üzərinə düşüb.
Sakinlər qeyd edirlər ki, güclü yağış səbəbindən təsərrüfat sahələri su altında qalıb və tamamilə yararsız vəziyyətə düşüb.Bununla bağlı onlar Bərdə Rayon İstehsalat Kommersiya Filialına müraciət ediblər.
2024-cü il avqustun 9-da hadisə yerinə baxış keçirildiyi, sakinlərə dəymiş ziyanın təsdiqləndiyi və qanunvericiliyə uyğun olaraq onlara sığorta ödənişinin verilməsinin müəyyən edildiyi bildirilir.

Vətəndaşların iddiasına görə, indiyədək onlara hər hansı ödəniş edilməyib. Sakinlərin iddiasına görə bunula bağlı məhkəməyə müraciət ediblər, lakin bu günə qədər proses süni şəkildə uzaldılır. Şikayətçilər deyir, başqa gəlir yerləri yoxdur, pambıq məkməklə həm bir özləri ilə yanaşı bir neçə ailənində işlə tımin olunmasına şərait yaradırdıkar. Lakin sığortanın min bahanə ilə onlara dəymiş ziyanı ödəməkdən imtina etmələri onları çətin vəziyyətdə qoyub.

Fermerlər aidiyyatı qurumlara müraciət edərək bu məsəlıni araşdıraraq onlara kömək etmələrini xahiş edir. 


Geri qayıt