Əsas Səhifə > Manşet / Cəmiyyət > Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq....

Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq....


Bu gün, 06:29

"Anamın halı pisləşdiyi üçün keçən şənbə günü saat 12.30-da "103" Təcili Yardıma zəng vurmuşuq. Anamın nevroloji və ürək şikayətlərini bildirmişik..." "DİA-AZ" xəbər verir ki, bu barədə öz etiraz dolu müraciətində Esmira Cavadova adlı sosial şəbəkə istifadəçisi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "İnfarktdan şübhələnirdik. 30 dəqiqə gözlədik, 12.58-dən ardıcıl zəng elədik, avtomat cavab qoşulub, ancaq dəstəyi qaldıran yoxdur. Belə başa düşdüm ki, "vızov" qəbul etdikləri nömrələrə sonra cavab vermirlər.

 13.08-də Təcili Yardım maşının sürücüsü zəng vurdu, ünvanı dəqiqləşdirdi. Təxminən 10-12 dəqiqə sonra ünvana gəldi nəhayət. Hardasa 1 saata yaxın gözləmə yəni. Təcili Yardım Stansiyası ilə aramızda 1 kilometrdən də az məsafə var. Dedim, ürəktutması olan 75 yaşlı xəstə 1 saata ölər, aparıb yuyub basdırarlar, 1 saata həkim gələr? Bunun harası təcili oldu?

 Güclü panik atakları, 25 ilin şəkəri, nevroloji tutmaları olan xəstəsidir eee bu... Hələ demişik ki, ürəyindən şikayətçidir. Deyirəm hanı kardioqram aparatı? Həkim əlindəki vərəqi göstərir, deyir, bizə ürəkbulanma deyiblər. Ona görə aparat gətirməmişik. Ehtiyac olsa, məlumat verərirk, kardioqram aparatıyla gələrlər.

Bundan o tərəfə nə deyəsən, nə yazasan..."


Geri qayıt