Əsas Səhifə > Manşet / Sosial > Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur...

Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur...


Bu gün, 06:52

"Naxçıvanda Talıbov “imperiyasının” süqutundan sonra, səlahiyyətli nümayəndəliyin iş metodu bundan ibarətdir: hər hansı bir dövlət orqanından şikayət edirsən, üzərindən 5,10 gün keçir, sənin şikayət etdiyin orqandan sənə bir məktub gəlir və bildirilir ki, sizin eyni məzmunlu olan məktubunuza əvvəl də cavab verilmişdi, siz haqlı da olsanız bizim qərarımız dəyişmiyəcək, çünki, biz, bizi bu məqamlara gətirən ağamıza sadiqik…bir də o boyda səlahiyyətli nümayəndəliyi niyə narahat etmisiniz?" "DİA-AZ" xəbər verir ki, bunu müraciətində Şahbuz sakini Şahin Bağırov qeyd edib.

Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Hətta haqlı şikayətimi Muxtar Respublikanın kommersiya məhkəməsinə də etdim, eyni cavabı onlar da verdilər. Bakıdan gəldim Naxçıvana, iki günə ancaq qəbula yazıldım, (qəbula düşmədim ha, sadəcə yazıldım) ki, hörmətli zat alilərinə bildirim ki, biz bu torpağın övladıyıq, bir erməninin şəxsi keyfinə görə işimizdən, yurdumuzdan evimizdən didərgin düşmüşük, işdən çıxma səbəbimizi, evimin əlimdən alınması səbəbini araşdırın və ədalətli qərar verin qayıdaq yerimizə, yurdumuza. Geri gələndən 15 gün sonra yenə şikayət etdiyim qurumdan həmin məktub bir zatın imzasıyla təkrar gəlir ki, bəs sizə demədik ki, təkrar müraciət etmiyin. Çünki, şikayət etdiyim orqanın rəhbəri və bütün səlahiyyətliləri köhnə komandanın qaniçən qeyrimilli ünsürün ən sadiq əlaltılarıdır, yəni sizin də qeyd etdiyiniz kimi bütün səlahiyyətlər yenə də onların əlindədir, onun da barmağı olan yerdə heç vaxt xeyir bərəkət olmaz. Nəticədə bu qənaətə gəldim ki, Naxçıvanda tək dəyişən şey Ali məclisin adıdır..."

Elsevər Əliyev adlı narazı MR sakini özünün etiraz dolu müraciətində belə deyir:

"Doğma Naxçıvanımızda Vasif Talıbovdan daha təhlükəli olanı o dövrdə formalaşmış xaraktersiz,yaltaq,vətənə vətəndaşlara qənim kəsilən kiçik ama çoxluq təşkil edən məmurlardır…Əfsuslar olsun ki o məmur qırıntıları bu gün də öz vəzifələrində qalaraq xalqı dövlətə qarşı soyutmağa davam edir..Buna misal olaraq Ordubad rayonunu icra hakimiyyətindəki şöbələrin başında duranları və kəndlərdəki icra nümayəndələrini göstərmək olar.."


Geri qayıt