Əsas Səhifə > Manşet / Güney Press > Bakıxanov qəsəbəsində ağaclar kəsilib?

Bakıxanov qəsəbəsində ağaclar kəsilib?


Bu gün, 15:38

Sabunçu rayonunda daha bir qanunsuz tikinti aparıldığı iddia olunur. XALQ daxil olan məlumata görə, rayonun Əhmədbəy Ağayev küçəsində həyata keçirilən tikinti işləri zamanı 3 ağacın kəsildiyi iddia olunur.

Sözügedən obyektin sahibinin Hacı Rasim Nəbiyev olduğu iddia edilir. Bildirilir ki, Rasim Nəbiyev Bakixanov Çörək Zavodu və “Möcüzə” marketlər şəbəkəsinin sahibidir.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb. Tikintinin qanuni əsaslarla aparılıb-aparılmadığı və ağacların kəsilməsi ilə bağlı rəsmi araşdırmanın olub-olmadığı məlum deyil.

Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Sabunçu rayonu hansı məmurun icazə verdiyi müəmmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

XALQ.online



Geri qayıt