Əsas Səhifə > Manşet / Ölkə > Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR...

Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR...


Bu gün, 09:43

"Şikayətim "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sorna başına gələnləri belə nəql edir: "2 gündür ki, "bu gün-sabah" demələri ilə bütün iyrəndirdilər. Taksit kartım mövcuddur və başqa bankdan kredit götürmüşəm. Həmin bankda şərt qoyub ki həmin gün krediti baglamalısan. Bu təşkilat nə qədər səriştəsiz, öz müştərisini başa düşməyən təşkilatdır... anlam verə bilmirəm.
3 dəfə filiala yaxınlaşmışam, bir dəfə deyiblər günortadan sonra bağlatdıra biləcəksiz, bir dəfə deyiblər 3 iş günü, indi də deyirlər , nə vaxt cavab gələcək onda. Bu gün 196 ilə danışmaqdan, problemi izah etməkdən yoruldum. Taksit kartımın limiti oldugu kimi yerindədir, nə vaxt xərcləmişəm yerinə qoymuşam.
İndi təzə söhbət çıxarıblar ki, təsdiqlənməmiş borc var, bəs sistem təsdiqləməlidir. Bizlik deyil. Borcda nə borc? 3 manat. 3 manata görə digər bankdan götürəcəyim məbləğ donub qalıb. Həm məni, həm də digər bankın əməkdaşını pis vəziyyətdə saxlayırlar. Deyirəm, 3 manatın əvəzinə 30 manat ödəyirəm, 50 manat ödəyirəm... axırı əl çəkin arayışımı verin, çıxım gedim də. Yox, mütləq problem və həngamə olmalıdır.
Ümumiyyətlə sizin gördüyünüz iş, 1 qəpiyə dəyən iş deyil. Biləsiniz. Nərimanov filialınızda işçinizə dərdimi danışıram ki, bu bağlanmalıdır. Mənə birkartın 18 aya qədər faizsiz 63 gün güzəştli olmasından danışır. Tay... sözüm yoxdur sizə!"

Geri qayıt