Əsas Səhifə > Manşet / Hadisə > Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ...

Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ...


Bu gün, 09:23

"Vasif Talıbovun açıq-aşkar təbliğatı gedir. Bəzi yoldaşlar isə məndən soruşurlar ki, bəs sən niyə bu proseslə bağlı susmuşan? Niyə öz fikirlərini dilə gətirmirsən?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz yazıb. O daha sonra fikrini belə davam etdirir:
"Uzaq ehtimallara və versiyalara yuvarlanmağa ehtiyac yoxdur. Mənim indiyə qədərki səsliyimin səbəbi ikinci dəfə eyni palçığa girmək istəməməyinlə bağlıdır.
Xatıladım ki, Vasif Talıbov hakimiyyətdən gedəndən sonra onun xəyanətkar siyasətini ifşa etməyimlə bağlı məhkəməyə verildim. Və məhkəmə mənim barəmdə haqsız qərar çıxardı. Mənə ən pis təsir edən isə hakimin bu qərarı yox, Vasif Talıbovun yerinə gətirilən Pendirsatan-Tendersatan ittifaqının da məni məhkəməyə verən şəxsi mükafatlandırması oldu. Halbuki, bu ittifaqın özü mənə müraciət edərək “köhnə komanda”nın onların işinə mane olduğunu bildirmiş və bəndənizi həqiqətləri işıqlandırmaq üçün israrla Naxçıvana dəvət etmişdi. Mən də onlara inanıb bölgəyə getmiş və əldə etdiyim məlumatları olduğu kimi işıqlandırmağa çalışmışdım.
Mən işimi bitirən kimi isə “təzə komanda” Naxçıvanın informasiya siyasətini “köhnə komanda”nın ən yarıtmaz kadrına tapşırdı. Sanki bu addımı atmaqla öz aləmlərində məni cəzalandırdılar. Və mən onda anladım ki, Pendirsatan-Tendersatan ittifaqı öz mahiyyətləri etibarilə “xan” həzrətlərindən heç nələri ilə fərqlənmirlər. Odur ki, Naxçıvan hakimiyyəti uğrunda gedən kirli savaşlarda yer almaq istəmirəm və almayacağam da. Baxmayaraq ki, bu ittifaq öz fəaliyyəti ilə Vasif Talıbovun atasına rəhmət oxudur və Vasif Talıbov da az aşın duzu deyildi.
Sadəcə cənab Prezidentdən bir xahişim var: Bir halal süd əmmiş tapıb Naxçıvanı ona tapşırın! Muxtar Respublikanın ortada qalan əhalisinin bu hökumətə olan inamının tamamilə qırılmasının qarşısını alın!"

Geri qayıt