Əsas Səhifə > Manşet / Siyasət > SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilibBu gün, 06:39 |
|
Levan Davitaşvili 2021-ci ildən 2025-ci ilədək Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifələrində çalışıb. O, nazir postunu tərk edəndən sonra 2025-ci ilin noyabrından SOCAR prezidentinin müşaviri vəzifəsini icra edib.
Gürcüstanda fəaliyyət göstərən “Radio Marneuli” yazır ki, Davitaşvilinin adı korrupsiya qalmaqalında hallanıb. Keçmiş nazir 2026-cı ilin fevralında Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyində aparılan istintaq çərçivəsində dindirilib.
Amma Davitaşvili, dindirmədən sonra jurnalistlərə qaz təchizatı məsələsinin müzakirə edildiyini bildirsə də, Dövlət Təhlükəsizlik Xidməti keçmiş nazirin konkret cinayət işi üzrə dindirildiyini açıqlayıb. Dindirmənin ertəsi günü ölkəni tərk edən Levan Davitaşvili bir daha Gürcüstana qayıtmayıb.
SOCAR “Italiana Petroli” (IP) şirkətinin səhmlərinin 99,82 faizini alıb. Mayın 8-də alqı satqı-prosesi yekunlaşıb. SOCAR aldığı səhmlərin dəyərini açıqlamayıb. Amma “Reuters” yazırdı ki, “Italiana Petroli”nin dəyəri 2.9 mlrd. dollar civarında olub.
Qazetçi.
Rusiyanın Theins.ru saytı isə yazır:"Davitaşvili 2021-ci ildən Gürcüstanın Baş nazirinin müavini və İqtisadiyyat naziri vəzifələrində çalışıb. Bu vəzifədə o, Tbilisi ilə Bakı arasında enerji əməkdaşlığına, o cümlədən Azərbaycan qazının tədarükü ilə bağlı danışıqlara nəzarət edib. Hökumətdən ayrıldıqdan sonra o, SOCAR prezidentinin müşaviri olub və 2022-ci ildə Kulevidə neft emalı zavodu tikmək üçün təsis edilmiş Black Sea Petroleum (BSP) şirkətinin müşahidə şurasına rəhbərlik edib. The Insider-in əvvəllər xəbər verdiyi kimi, Rusiya nefti Kulevi neft emalı zavoduna tədarük olunur, orada emal olunur və daha sonra sanksiyalardan yayınaraq Qərbə satılır".
Şəkildə L.Davitaşvili Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla
"DİA-AZ "
Geri qayıt |