Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Sabunçuda TAM DƏRƏBƏYLİKDİR...
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR...Bu gün, 13:12 |
|
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində park ərazisində aparılan işlər narazılığa səbəb olub. Tribuna.az-a bu barədə məlumat verən Bakıxanov sakinləri bildirib ki, parkda fəaliyyət göstərən restoran ağacların məhv edilməsi hesabına böyüdülür. Sakinləri park ərazisinin kiçildilməsi və ağacların məhv edilməsi narahat edir. Bildirilir ki, restoranın ətrafında olan ağaclar tikintinin ortasında qalıb. Sakinlər ehtimal edir ki, yaxın günlərdə o ağaclar da kəsiləcək. Sakinlər parkı biznes mərkəzinə çevirən və yaşıllıqlar üçün təhlükə yaradanlara qarşı tezliklə tədbir görülməsini istəyir. Geri qayıt |