Əsas Səhifə > Manşet / Güney Press > Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB?
Keçmiş xüsusi nümayəndə HƏBS OLUNUB?Bu gün, 15:02 |
|
Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəsi olmuş Fuad Nəcəflinin həbsi xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrə istinadən məlumat verən "DİA-AZ" onu da qeyd edir ki, əslində Nəcəflin ilə bağlı neçə müddətdir bir neçə epizod üzrə hüquqi araşdırma aparılır və onun həbs olunacağı gözləniləndir. Mənbə iddia edir ki, vəzifədə olduğu 3 il ərzində ayrı-ayrı şəxslərə böyük məbləğdə pullar atan, habelə dövlət büdcəsinə aid vəsaiti mənimsəyən Nəcəfli təxminən 45 milyon manatdan sorumlu tutulur. Məlumatda deyilir: "Artıq bəzi ilgili şəxslər müvafiq qaydada dindirilib və onlar da Nəcəflini əsas sorumlu kimi ittiham edirlər". Qeyd edək ki, sosial mənbələrdə yayılan bu xəbər rəsmi qaynaqlar tərəfindən təsdiqlənməyib. Yaxınlarından biri isə Fuad Nəcəflinin azdlıqda olduğunu, amma durumunun heç də qibtəolunası olmdaığını bildirdi. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin... Geri qayıt |