Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI...

Suraxanıda daha bir tikinti ÖZBAŞINALIĞI...


Bu gün, 12:44

Suraxanı rayonunda növbəti qanunsuz tikili sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-a bu barədə yazan sakinlər bildirib ki, Suraxanı rayonunda köhnə suraxanı adlanan ərazidə yol kənarında yeni obyektin inşasına başlanılıb. Bu məqsədlə artıq dəmir konstruksiyalar da qurulub. Sakinlər bildirib ki, tikinti məqsədilə qurulan dəmir konstruksiyalar piyada səkisini zəbt edib.
İşlək olan səkidə aparılan işlər səbəbindən hərəkət etməyə yer qalmayıb. Sakinlər bildirib ki, məktəblilər, körpəli qadınlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədir.
Sakinlər tikili ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirir. Ümid edirlər ki, bu tikili ilə bağlı Suraxanı İH tezliklə tədbir görəcək.
Məsələ ilə bağlı Suraxanı İH-lə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.


Geri qayıt