Əsas Səhifə > Manşet / Cəmiyyət > İqtisadiyyat Nazirliyinin şöbə müdiri qohumları ilə birlikdə hoteldə qaziyə hücum edərək onu döyüb
İqtisadiyyat Nazirliyinin şöbə müdiri qohumları ilə birlikdə hoteldə qaziyə hücum edərək onu döyübBu gün, 06:50 |
|
Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən dəfələrlə təltif olunan qazi Kənan İsmayılovun başına gələnlər ciddi müzakirələrə səbəb olub. Hadisə 2025-ci ilin yanvarında Qubada yerləşən Alma Bağı Hoteldə baş verib. İddialara görə, İqtisadiyyat Nazirliyinin Tarif-Qiymət Siyasəti Şöbəsinin müdiri Ceyhun Nəcəfov mahnı səsinin yüksək olmasını bəhanə edərək Kənan İsmayılovun qaldığı otağın qapısını döyüb, daha sonra tərəflər arasında mübahisə yaranıb.
Bildirilir ki, hadisə zamanı Dövlət Su Ehtiyatları Agentliyinin Naftalan Su Meliorasiya İdarəsinin rəisi Xəqani Vəliyev də iştirak edib. Ən diqqətçəkən məqam isə hadisənin video görüntülərinin olmasıdır. Qarşı tərəfin fiziki müdaxiləsinin həmin kadrlarda açıq göründüyü iddia edilir. Buna baxmayaraq, hadisə ilə bağlı Quba RPŞ-də məhz Kənan İsmayılov barəsində AR Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Narazı tərəf bildirir ki, məhkəmə zamanı təqdim olunan video görüntülər və digər sübutlar nəzərə alınmayıb. İddialara görə, məhkəmə hökmündə görüntülərlə bağlı ətraflı qiymətləndirmə aparılmayıb və yekunda Vətən müharibəsi iştirakçısı təqsirli bilinib. Baş verənlər cəmiyyətdə sual doğurur: Video görüntülər olduğu halda, qazi niyə təqsirləndirilən şəxsə çevrildi? Video: BURADA... baxmaq üçün tıklayın... Geri qayıt |