|
"SOCAR Azəriqaz İB -də peşəkarların sayı və peşəkarlığa görə verilən ödənişlərin miqdarı artıb..?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı olduqca ilginc məqamlara toxunub. NHMT sədri daha sonra bildirir: "Aldığım məlumata görə SOCAR Azəriqaz İB-də 2026-cı ilin aprel ayında müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən, Azəriqaz İB -nin idarəetmə aparatında fəaliyyət göstərən bütün şöbə və departamentlərdə şöbə rəisləri, şöbə rəisi müavinləri, departament rəisləri və onların müavinləri, regional qaz istismarı idarələrinin rəisləri, baş mühəndisləri, rəis müavinləri, həmçinin rayon və şəhər qaz xidmət sahələrinin sayğac əməliyyatları xidmətinin rəisləri, müayinə və istismara qəbul xidmətinin rəisləri, təmir-bərpa xidmətinin rəisləri və qəza-bərpa xidmətinin rəislərinə aylıq əmək haqqından əlavə verilən peşəkarlığa görə ödəniş ✅100 faiz artırılıb. Bir tərəfdə kabinetlərdə oturan rəhbər heyətə peşəkarlığa görə ikiqat , digər tərəfdə isə təhlükəli şəraitdə çalışan adi işçilərin əməkhaqqısı illərlə yerində sayır. Qaz sızmasının qarşısını alan da, gecə-gündüz qəza xəttinə çıxan da, yağışda-palçıqda işləyən də məhz fəhlələrdir. Verilən məlumat düzdürsə ən ağır və məsuliyyətli işi görən insanların maaşını artırmamaq, əvəzində rəhbər heyətə yüksək əlavə ödənişlər vermək sosial ədalətsizlikdən başqa bir şey deyil..."
Geri qayıt
|