Əsas Səhifə > Manşet / Gündəm > Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR?

Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR?


Bu gün, 07:53

"Bu küçə Masallıda Boradigahla Mollaoba kəndlərini birləşdirir və cəmi 100 metr olmaz, amma di gəl ki..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Masallı rayon təhsil işçilərinin adından edilən müraciətdə yer alıb.

Aşağıdakı fotonu təqdim edən müraciət müəllifləri daha sonra bildirir:

"İllərdir bu vəziyyətdədir. Bu 100 metr kələ-kötür yolun hər iki başı əla asfalt olunub. Qısa məsafə olsa da, küçədə 3 müəllim yaşayır. Əslində müəllim və ya qeyri müəllim... kimin yaşamasının heç bir fərqi yoxdur, lakin maaşlarının hər ay 20 faizini vergi kimi dövlətə verən bu şərəfli peşə sahiblərinin yoluna bir dəfə nəzər salmazmı qurbanı olduğumuz dövlət?

İllərdir hər 500 manat üçün 100 manat vergi verən müəllimlərin yoluna aidiyyatı qurumlar bir dəfə də olsun "qreyder" salıb düzləşdirməyib.

Biz bu məsələni də kiminsə şəxsi imkanları hesabına həll etməsini istəmirik. Dövlətimizdən qayğı görmək istəyirik. Yolun həm əvvəli həm sonu kimlərinsə şəxsi hesabına asfaltlanıbsa, deməli dövlətimizin də 100 metrlik yolu asfaltlamağa gücü çatar..."


Geri qayıt