Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..."

"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..."


Bu gün, 11:22

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində sakinlər deyir ki, günlərlə içməli su üzünə həsrət qalırlar. Su gələn günlərdə isə təzyiq o qədər zəif olur ki, nə evdə istifadə etmək olur, nə də ən adi ehtiyacları ödəmək mümkün olur.
Bu haqda “Gündəlik Naxçıvan”a kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, suyun təzyiqi yalnız gecə saat 2–3 radələrində bir az artır. Bu da insanları məcbur edir ki, yuxusuz qalıb su ilə bağlı işlərini gecə görsünlər.
Sakinlərin sözlərinə görə, deyib ki, bir neçə ildir kənd içməli su problemi yaşayır, Son dövrlər isə vəziyyət daha da ağırlaşıb.
Sakinlərdən B. Musayev deyir ki, sakinlər içməli suyu çox vaxt dükandan satın almağa məcbur lurlar:
“ Problem hər zaman olub. Son vaxtlar ümumiyyətlə vəziyyət pisləşib. Su hamı yatandan sonra verilir. Məcburuq gecə oyaq qalıb qabları dolduraq. Mağazadan su almağa isə hamının maddi imkanı çatmır. Bu, normal həyat deyil. Dəfələrlə müraciət etmişik.
Amma Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır, təzyiq normaldır. Əgər hər şey qaydasındadırsa, bəs biz niyə gecələr su dalınca növbə çəkirik? Niyə hər həyətdə 15-20 ədəd 20-litirlik su qabı var. Bu, açıq-aşkar problemin gizlədilməsidir”
Sakinlərin spzlərinə görə, problemlə bağlkı aidiyyəti qurumlara Şikayət etsələr də, nəticəsiz qalıb:
“Suyun zəif təzyiqi təkcə gündəlik həyatımızı iflic etmir, həm də məişət texnikamızı sıradan çıxarır. Su qızdırıcıları ya ümumiyyətlə işləmir, ya da qısa müddətdə xarab olur.
Rayon icra hakimiyyətinə, Naxçıvan MR Ali Məclisinə dəfələrlə müraciət etsək də nəticəsi olmayıb.
Artıq bu problem camaatı bezdirib, sosial narazılıq həddinə çatıb. Biz də tələb edirik ki, məsələ təcili həll olunsun.”

Geri qayıt