Əsas Səhifə > Manşet / Hadisə > Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR...
Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR...Bu gün, 08:59 |
|
Göyçay rayonunun Çərəkə kənd sakini Əli Əhmədov deyir ki, 5 az yaşlı övladları var, dövlətdən heç bir gəliri yoxdur. "DİA-AZ" ın məlumatına görə, vətəndaş qeyd edir ki, şəhərin təsərrüfat idarəsində fəhlə kimi işləyib övladlarını saxlayıb. Əhmədovun iddiasına görə bir neçə gün öncə idarədə ona aldadaraq imza atdırıb işdən azad ediblər. Şikayətçi bildirir ki, Göyçayda işlə bağlı hara müraciət etsə də, ona iş vermirlər və çarəsiz vəziyyətdə qalıb. Maddi durumunun ağır olduğunu bildirən vətəndaş aidiyyatı qurumlara müraciət edərək onu işlə təmin etmələrini xahiş edir. Geri qayıt |