Əsas Səhifə > Manşet / Siyasət > 1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM...

1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM...


Bu gün, 08:08

Keçən günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə Peşə Mərkəzində tələbələr arasında vərəm aşkarlandığı haqda xəbər vermişdik.
Məlumatda deyilirdi ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə peşə mərkəzində tələbələr arasında vərəm aşkarlanıb. Xüsusilə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (5 saylı) yoluxma halları daha kritik vəziyyətdədir.
Amma Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova məsələ ilə bağlı açıqlamasında peşə təhsil müəssisələrinin bağlanması barədə yayılan iddiaları təkzib edib və tədris prosesinin davam etdiyini bildirib.

Bu arada "DİA-AZ"a yazan Azər adlı oxucumuz isə bir başqa ünvanda da anoloji təhlükənin olmasını iddia edir.

Oxucu yazır: "Buna oxşar məsələ 1sayli Tibb Mərkəzi, Dializ sobəsində var. Çox sayda hepatit xəstəsi var. Amma buna baxmayaraq həmin şöbənin müdiri Quluzadə Xayalə məsələni ört-basdır edir və durumun ictimailəşməsinin qarşısını almaqdadır".

Məsələ diqqətimizdədir...


Geri qayıt