Əsas Səhifə > Manşet / Gündəm > AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU...

AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU...


Bu gün, 04:08

"Qeyri-rəsmi məlumatlara görə bəzi regionlarda maaş kartlara artıq oturub. Ağsu RQİİ-də isə vəziyyət dəyişməzdir — maaş hələ də “yoldadır”. Görünür, bu yol elə uzun çəkir ki, işçilərdən çox dözümlülük tələb edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sözügedən qurumun işçisi Daşqın Abbasov qeyd edib.
 
O daha sonra fikrini belə davam etdirir: "Hörmətli Azəriqaz rəhbərliyi, sual açıqdır: eyni qurumun daxilində maaşların verilməsi niyə bu qədər qeyri-bərabər təşkil olunur? Bu idarəetmə problemidir, yoxsa sadəcə prioritetlərin fərqli müəyyənləşdirilməsi?
 
Əgər sistem işləyirsə, hamı üçün işləməlidir. Əgər işləmir, bunu açıq şəkildə demək daha doğru olar. Çünki hazırkı vəziyyət nə texniki nasazlıq kimi izah olunur, nə də normal idarəetmə modeli kimi qəbul edilir.
 
İşçi əmək haqqını vaxtında almadıqda, bu artıq gecikmə deyil — bu, birbaşa məsuliyyət məsələsidir. Əgər bəzi regionlarda ödəniş mümkündürsə, digərlərində niyə mümkün deyil?
 
Sadə nəticə: problem ya sistemdədir, ya da yanaşmada. Hər iki halda isə məsuliyyət eyni ünvandadır..."

Geri qayıt