Əsas Səhifə > Manşet / Ölkə > "İlhamə Novruzova bizi boğaza yığıb..."
"İlhamə Novruzova bizi boğaza yığıb..."Bu gün, 08:00 |
![]() "Naxçıvan MR dövlət televiziyasından mənə göndərilən şikayət məktubları yenidən artmağa başlayıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Şikayətçilərdən birinin yazdığına görə, TV-nin rəhbəri İlhamə Novruzova kollektivi yaxşı idarə edə bilmir. Televiziyanın təcrübəli işçilərinə qonorar verilməsini dayandırdığı halda, başqa yerlərdən işə cəlb etdiyi efir mədəniyyəti olmayan jurnalistlərə həm maaş, həm də qonorar yazır, bu da kollektivdə ciddi narazılığa səbəb olur.
İnsafən, İlhamə xanımın korrupsiyaya bulaşmadığını, bununla belə, onda idarəçilik qabiliyyətinin “sıfırdan aşağı” səviyyədə olduğunu bildirən şikayətçilər giley-güzarlarını Naxçıvan Ali Məclisinə çatdırmaq barədə düşündüklərini bildirirlər. Şikayətçilərdən biri eynilə belə yazır: “İlhamə Novruzova bizi boğaza yığıb. Sizcə, onu niyə bizim başımızdan rədd eləmirlər?”.
Ümid edirəm ki, Naxçıvan rəhbərliyi onların əvəzinə mənə ünvanlanan bu suala qaneedici cavab verəcək, Nax.TV-nin rəhbəri İlhamə Novruzova isə bu mütəvazi tənqiddən inciməyəcək, əksinə, idarə etdiyi (və ya edə bilmədiyi) kollektivdə tədricən böyüyən narazılıqların qarşısını almaq üçün işçilərinin şikayətini bir-bir dinləyəcək və öz fəaliyyətinə çəki-düzən gətirməyə çalışacaq..."
Geri qayıt |