Əsas Səhifə > Manşet / Gündəm > İcra başçısının TAMAHI DAŞ KƏSİR...
İcra başçısının TAMAHI DAŞ KƏSİR...Bu gün, 05:49 |
|
Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 275 ünvanında yerləşən park ərazisinin yeri, yanında yerləşən stadionun məhv edilərək parking kimi istifadəyə verilməsi sakinlərin narazılıığına səbəb olub. XALQ xəbər verir ki, sakinlərin iddiasına görə, park daxilində aparılan tikinti işləri nəticəsində həm park zonası, həm də kafe — daha çox içki məkanı kimi fəaliyyət göstərəcək obyekt hazırlanır. Sakinləri narahat edən digər məqam isə uşaqların futbol oynaması üçün nəzərdə tutulmuş stadionun sökülərək yerində parking salınmasıdır. Sakinlər stadionun sökülməsinə, parkın restoranlarla üzbəüz yerdə salınmasına etirazlarını bildirirlər. Mövzu ilə bağlı Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Dəfələrlə əlaqə yaratmağımıza baxmayaraq, zənglərimizə cavab verən olmadı. Geri qayıt |