Əsas Səhifə > Manşet / Cəmiyyət > "Nə istəyirsiz bu millətdən?"
"Nə istəyirsiz bu millətdən?"Bu gün, 09:59 |
|
"AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qarşısına məqsəd qoyub ki, ölkəni yerin dibinə batıracaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai-siyasi fəal Tamilla Qulami qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Demək, 29 aprel tarixində restoranlardan birinin qarşısında avtomobili park etmişəm. Öz əməkdaşları da dayanıb, bir kəlmə demir ki, burda parklanma stendləri qoymuşuq. Deməzlər axı. Sanki bunlara göstəriş veriblər ki, ay sonunadək müəyyən cərimələr faizi olsun. Başqa məntiq tapa bilmirəm çünki.
Demək, restoranın qarşısı dekorativ ağaclardır və düz o ağacın özündən də nazik və az qala uşaq boyunda dirək qoyublar, kimsənin də ağlına gəlməz ki, orda parklanma nömrəsi olan stend var. Əməkdaş da səsini çıxarmır. Rəsmən elə ediblər ki, görən görsün, görməyən də cərimələnsin. Məqsəd bu!
Əlqərəz sonradan bəlli oldu ki, orda stend var imiş və pusquda dayanan tülkü kimi həmən maşını çəkib, cərimələyiblər.
Bu bir yana, həmin gün də ödənişi mygov vasitəsilə etdim, kartımdan pul da çıxdı, radar tətbiqində isə cərimə hələ də ödənilməmiş qalır.
Sözügedən quruma zəng elədim, guya araşdırmaya götürdülər. 3 gündür araşdırırlar, bir tık yox...
Birdəfəlik məqsədiniz nədirsə, deyin, biz də bilək, ona uyğun sizinlə mübarizə aparaq.
Sizin bir qırmızı xəttiniz, dəyəriniz yoxdur?
Geri qayıt |