Əsas Səhifə > Manşet / Cəmiyyət > Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib...

Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib...


Bu gün, 15:48

Azərbaycan Texnologiya Universitetində (ATU) səhər saatlarında çox sayda ağacın kəsilməsini əks etdirən video görüntülər üzə çıxıb.

32gun.az-a daxil olan daxil olan foto və video materiallardan aydın olur ki, universitetin girişində və inzibati binanın qarşısında yerləşən ağaclar kəsilib.

Məlumata görə, ağacların kütləvi şəkildə kəsilməsi prosesi universitetin daxili həyətində də müşahidə olunur. Universitetin daxili ərazisindəki bəzi ağacların da kütləvi şəkildə kəsilməsini əks etdirən görüntülər mövcuddur.


ATU- nun rektoru Yaşar Ömərov yaşıllıqları qənim kəsilibdir.

Sözü gedən ərazidə quru ağaclar da var, amma nədənsə yaşıl ağaclara qarşı “ekoloji terror” törədirlər.

Yaşıllıqların məhv edilməsi fonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional strukturları baş verənlərə hələ də səssiz qalır.

***

Daxil olan məlumata görə, ümumilikdə 14 ağac kəsilib.


Geri qayıt