Əsas Səhifə > Manşet / Güney Press > “Qoç Ət” restoranı müştəriləri necə aldadır?
“Qoç Ət” restoranı müştəriləri necə aldadır?Bu gün, 15:11 |
|
Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük. "DİA-AZ" xəbər verir ki, Bizim.Media-ya daxil olan müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb. Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
Yəni qiymət menyuda necə göstərilibsə, müştəri də həmin qiymət əsasında seçim edir və ödəniş etməlidir. Qanuna görə (maddə 13) istehlakçının düzgün məlumat almaq hüququ var və (maddə 21) istehlakçının aldadılması qadağandır. Geri qayıt |