Əsas Səhifə > Manşet / Güney Press > "Çalışın bu bankdan kənar durun!.."
"Çalışın bu bankdan kənar durun!.."Bu gün, 15:30 |
|
"Bir Bank of Baku tərbiyəsizliyi və möhtəkirliyi! Çalışın bu bankdan kənar durun!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Elşad Məmmədli qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Demək, uzun müddət öncə bu bankdan kredit götürməyə məcbur olmuşdum və sonuncu ödəniş 19 fevral 2026-cı ildə "Dostbank" vasitəsilə göstərilən yekun məbləğ - 197 manat əvəzinə qəpik-quruş borc qalmaması üçün öz əməkdaşlarının tövsiyəsi ilə 200 manat ödəmişəm. Üstündən artıq 2 aya yaxın vaxt keçib və bu müddətdə heç bir əməkdaş zəng edib qəpik borcu qalmasını da deməyib, mesaj, bildiriş gəlməyib.
Bu gün digər bankdan kredit məhsulu almaq istəyirdim, bu zaman bəlli oldu ki, adımda bank of bakuda 45 gündən çox gecikmə ödənməmiş borc var, yeni kredit ayrıla bilməz.
Araşdırdıq, bəlli oldu ki, bank of baku adlı soyuğunçuluq təşkilatında guya 27 QƏPİK qalıq borcdan yaranmış 2 manat kredit qalığım varmış. Hansı ki, mən 197 manat əvəzinə hətta 200 manat ödəmişəm, belə bir tərbiyəsizliyi həyata keçiriblər.
Bu, tam bir bank möhtəkirliyidir, soyğunçuluğudur və vətəndaşa, müştəriyə qarşı nadanlıqdır.
11 min manat kreditə görə 2 il ərzində 16 min manatdan çox pul ödəmişəm, yekunda da belə axmaq davranışı ediblər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, tədbir görməyinizi xahiş edirəm..."
Geri qayıt |