Əsas Səhifə > Manşet / Güney Press > YASAMAL MÖCÜZƏSİ: Binanın bünövrəsini dağıdıb qapı açdılar
YASAMAL MÖCÜZƏSİ: Binanın bünövrəsini dağıdıb qapı açdılar8-12-2025, 15:42 |
|
Yasamal rayonunda növbəti yaşayış binası üçün faciəyə zəmin yaradılır. Binanın zirzəmisi heç bir rəsmi icazə olmadan qazılıb, binanın əsas bünövrəsinin bir hissəsi sökülmək üzrədir. Tribuna.az xəbər verir ki, qanunsuz qazıntı işləri Yasamal rayonu Akademik Landau küçəsi 6 ünvanında aparılır. Binanın zirzəmisinə əlavə giriş açmaq məqsədilə bir müddətdir ki, binanın bir hissəsi qazılıb. Qazıntının kimlər tərəfindən aparıldığı məlum deyil. “Bu qanunsuz işlər binamızın əsas divarına zədə vurub, çökmə və çatların yaranma ehtimalını artırıb. Bu işlər binanı qəzalı hala salır. Bir balaca zəlzələ olsun, silkələnmə baş versin, binamız çökə bilər. Bunun cavabını kim verəcək o zaman? Kimlər qazır, işi kimlər aparır, binanı kim zədələyir bilmirik. Sabah bədbəxt hadisə olanda kim daşıyacaq bunun məsuliyyətini?”. Sakinlər aidiyyəti qurumların tezliklə bununla bağlı tədbir görməsini tələb edirlər. Geri qayıt |