Əsas Səhifə > Manşet / Güney Press > Mart ayının maaşları ödənməyib hələ də: NƏ OLACAQ BƏS?
Mart ayının maaşları ödənməyib hələ də: NƏ OLACAQ BƏS?22-04-2025, 14:52 |
|
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə işçilərin üzləşdikləri problemlə bağlı çıxşş edib. "DİA-AZ" xəbər verir ki, bu dəfə işçilərdən birinə istinadla məluamt açıqlayan M.Qəhrəmanlı əlaqədar qurum və şəxsləri tədbir görməyə səsləyib. Hüquq müdafiəçisinin bununla bağlı açıqlamasında deyilir: " İşçi bildirir ki, SOCAR AQŞ hələ də onların mart ayının əmək haqqısını ödəməyib. Bu halda qurum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178. 1. maddəsində deyildiyi kimi - hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməidir". Qeyd edək ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları isə SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77% , Abşeron Qazma MMC -12.85% qədərindədir. Geri qayıt |