Əsas Səhifə > Manşet / Güney Press > Neftçilər arasında həm narazılıq... həm də ayrıseçkilik...
Neftçilər arasında həm narazılıq... həm də ayrıseçkilik...6-12-2024, 15:30 |
|
Şəkildə gördüyünüz bu iki neftçi arasındakı fərqi tapın... Yox... onlardan heç biri hansısa SOCAR yetkilisinin və yaxud da digər vəzifəlinin qohumu, yaxını, tanışı deyil... sıravi işçilərdir. Amma nədənsə onların özlərinə qarşı - ümumilikdə olaraq HAQSIZLIQ edildiyi kimi, onlar arasında da bir ədalətsiz bölgü aparılır... "DİA-AZ" bildirir ki, burada söhbət SOCAR tərəfindən çalışanlara bonucların müəyyən olunmasından və bu məbləğn böyük narazılıq və narahatçılıqla qarşılanmasından gedir. Qeyd edək ki, bu barədə xüsusi fəallıq nümayiş etdirən Neftçilərjn Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) davamlı olara sıravi işçiləri hüquqları ilə bağlı maarifləndirməkdədir ki, bu da onların öz haqlarını tələb etmələrində yardımçı ola bilər. Amma görünəni odur ki, bu halda belə "yuxarılar" öz bildiklərini etməkdədirlər... Məsələn, buna etiraz olaraq Sabir adlı SOCAR əməkdaçı yazır: "Özləri (rəhbərlik nəzərdə tutulur -red.) isti kabinetdə oturub bonusun çoxunu yesinlər... fəhlələrə də ki 550-750 manat arası bonus versinlər. Çox bonus verdikləri fəhlələrə də ki guya 750 manat civarına kimi bonusu yazıblar deyə rəhbərlik tərəfindən öyülür... onlara "siz daha yaxşı işdəyirsiz deyə 100-150 manat daha çox bonus yazılıb" deyə başları aldadılır... Problem isə ümumidir..." Qeyd edək ki, məsələ ilə bağlı Neftçilərjn Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) eksperti Azər Quliyev artıq çalışanlara müvafiq təlimatlarını məsləhət görüb. O açıqlamasında deyir: "Əgər peşəkarlıq və ya mükafatlar sahəsində işçilər və ya müxtəlif peşə və ya vəzifələr üzrə fərqlər olacaqsa, işəgötürən bu halı əsaslandırmağa borcludur. Nədən və hansı səbəb və əsaslardan eyni müəssisədə və eyni işləri görən vəzifə və peşələr və ya işçilər arasında fərq qoyulur?. Nədən və hansı səbəb və əsaslardan eyni müəssisədə çalışan və eyni işləri görən vəzifə və peşələr və işçilər arasında mükafat və peşəkarlıq müəyyən işçi və ya işçilərə təyin edilir, digər vəzifə və ya peşədə işləyənlərə yox. Əks halda isə bu ayrı-seçkilik və qanunsuzdur..." Məsələ diqqətimizdədir... Geri qayıt |