Əsas Səhifə > Ana xəbər / Güney Press > İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdiBu gün, 05:57 |
|
İran Ermənistanın Qafan şəhərindəki baş konsulunu dəyişib. Yeni vəzifəyə Azərbaycanda da diplomatik təcrübəsi olan Davud Yaycı təyin edilib. Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin əməkdaşı Davud Yaycı bu vəzifədə İranın Qafandakı ilk baş konsulu Mürtəza Abedin Vəramini əvəz edib. Yeni təyinatda diqqətçəkən məqamlardan biri Yaycının Azərbaycan və Zəngəzurla bağlı əvvəlki fəaliyyətidir. O, vaxtilə İranın Bakıdakı səfirliyində attaşe kimi çalışıb. Davud Yaycının elmi işi isə “Zəngəzur keçidinin sərhəd terminalı və sərhəd bazarı” mövzusunda olub. Beləliklə, İran Qafana Zəngəzur istiqamətini elmi səviyyədə də araşdırmış diplomat göndərir. Yaycı Ermənistana gəlməzdən əvvəl İranın xarici işlər naziri ilə görüşüb. Nazir ona Ermənistanla münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərməyi tapşırıb. Məlumata görə, yeni baş konsul yaxın vaxtlarda Qafanda vəzifəsinin icrasına başlayacaq. Davud Yaycının bundan əvvəl Özbəkistan, Tacikistan və Rusiyada diplomatik fəaliyyət təcrübəsi var. Geri qayıt |