Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilibBu gün, 12:35 |
|
Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədov Holdinqin İdarə Heyətinin (İH) sədrinin təqdimatına əsasən qurumun Baş icraçı direktoru və İH-nin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib. "DİA-AZ" bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir. Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə olunub. Qərardan irəli gələrək Holdinqin İH-nə müvafiq tapşırıqlar verilib. Geri qayıt |