Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi

Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi


Bu gün, 10:44

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni kadr təyinatı olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı qurumun sədri Anar Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rüstəm Əkbərli Dövlət Komitəsinin İqtisadiyyat və strateji planlama şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Eyni zamanda, həmin şöbəyə rəhbərlik də ona həvalə olunub.

Qeyd edək ki, R.Əkbərli yeni təyinatadək Dövlət Məşğulluq Agentliyində departament müdirinin müavini vəzifəsində çalışıb.


Geri qayıt