Əsas Səhifə > Ana xəbər / Güney Press > “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?”
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?”Bu gün, 07:37 |
|
“Şuşada turistlərin Cıdır düzündəki qayalara cızma-qara etmələrini qınayıram. Tarixi abidələrə toxunmaq olmaz. O torpaq, o daşlar, o qayalar uğrunda bizim balalarımız canlarını fəda ediblər. Ümumiyyətlə Bakıdan Şuşaya gedən turistlərə tövsiyyə edərdim ki, o torpaqları çirkləndirməsinlər. O torpaqların hər qarışı müqəddəsdir. Mədəniyyət ilk növbədə təmizlikdən başlayır. Çox şahidi oluram, qıraq-bucaqdan eşidirəm ki, turist kimi gedənlər yeyib-içdiklərini ora töküb gəlirlər. Bu doğru deyil. Bu şəhidlərimizə edilən hörmətsizlik kimi sayılır. Bir dəfə Şuşada olmuşam, ondan sonra getməmişəm. Cənnət Şuşamıza və işğaldan azad olunan digər torpaqlarımıza sahib çıxmalıyıq” Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova deyib. O daha sonra əlavə edib: “Torpaqlarımız uğrunda şəhidlərimiz canlarını verdilər. 18 yaşında şəhid olan, arzuları ürəklərində gedən şəhidlərimizə heç kim hörmətsizlik edə bilməz. O ərazilər xüsusi mühafizə olunmalıdır. Təsəvvür edin, oraları nə günə qoyublar, amma heç kimin xəbəri yoxdur. Oraları cızma-qara edən insanlar düşünsünlər ki, 5-6 il bundan əvvəl ora gedə bilirdilər?! Bu torpaqlarda nalayiq hərəkətlər etmək olmaz. Həmin sahələr xüsusi mühafizə olunmalıdır. Şəhid analarına, şəhid övladlarına, şəhidlərimizin ruhuna hörmətlə davranmalı, onların xatirəsini daim əziz tutmalıyıq. Dilinizdə şəhid anası deyirsiz. Onsuz da şəhid anası övladını itirib. Ona olan olub.. O yanıb.. O bir oğul itirib. Şəhid analarına, şəhid ailələrinə verilən dəyər şəhidin özünə verilmiş dəyərdir” deyə Səmayə Həşimova bildirib. Geri qayıt |